İDMAN
Hacı Əliyev və Mariya Stadnikdən qızıl medal
ərbaycan güləşçisi Hacı Əliyev 5-ci İslam Həmrəylik Oyunlarında final görüşünə çıxıb.
32gun.az xəbər verir ki, 3 qat dünya və Avropa çempionumuz həlledici görüşdə Zəlimxan Abakarovla qarşılaşıb.
Əliyev finalda rəqibini 1 dəqiqə 50 saniyəyə məğlub edib.
Azərbaycan güləşçisi Mariya Stadnik də Türkiyənin Konya şəhərindəki keçirilən İslam Oyunlarının güləş yarışlarında final görüşünə çıxıb.
O, həlledici görüşdə də təmiz qələbə qazanıb - 10:0.
Stadnik İslamiadanın qızıl medalını əldə edib. O, ikinci dəfə İslam Oyunlarının qalibi olub.