İDMAN

“Qarabağ”ın rəqibləri məlum olur - CANLI YAYIM

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

32gun.az-ın məlumatına görə, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qitənin ikinci dərəcəli klub turnirinin püşkatmasında 32 komanda 8 qrupa bölünəcək.

Azərbaycan çempionu "Qarabağ”ın da rəqibləri bilinəcək. Qurban Qurbanovun yetirmələri püşk zamanı 2-ci səbətdə yer alacaq.

Qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Çempionlar Liqasında qrup üçüncüsü olanlarla görüşəcək. 

Avropa Liqasının üçüncüləri isə Konfrans Liqasının pley-offuna yollanacaq. Onları bu turnirin ikinciləri sınağa çəkəcək.

Avropa Liqasının qrupundakı oyun günləri də dəqiqləşib. Turnirin əsas raundu sentyabrın 8-də başlayacaq.

I tur – 8 sentyabr
II tur – 15 sentyabr
III tur – 6 oktyabr
IV tur – 13 oktyabr
V tur – 27 oktyabr
VI tur – 3 noyabr

Qeyd edək ki, Avropa Liqasında növbəti püşkatma noyabrın 7-də olacaq. Həmin gün pley-off cütləri dəqiqləşəcək.

Oxşar Xəbərlər