Ərdoğanın Atatürklə bağlı yazdığı sözlər GÜNDƏM OLDU (VİDEO)
Böyük Zəfərin 100-cü ildönümündə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan başda olmaqla dövlət rəsmiləri Anıtkabiri ziyarət edib.
32gun.az xarici Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan daha sonra Anıtkabir Xatirə Dəftərini imzalayıb.
"Hörmətli Atatürk, şanlı tariximizin ən mühüm mərhələlərindən olan böyük qələbənin 100-cü ildönümündə zati-alinizi, silahdaşlarınızı, hörmətli Böyük Millət Məclisinin üzvlərini və müqəddəs şəhidlərimizi rəhmətlə yad edirik. Biz Türkiyə Cümhuriyyətini qarşımıza qoyduğunuz hədəflərə doğru irəli aparmağa, onu müdafiə, iqtisadiyyat və diplomatiya sahəsində gücləndirməyə davam edirik. Nə mülkədarların oyunları, nə də qanlı terror təşkilatlarının hücumları məzlumların da ümidi olan böyüyən, güclənən Türkiyə quruculuğunun qarşısını ala bilməyəcək” - deyə, Ərdoğan bildirib.
Nurlan Şiraliyev