DÜNYA
“Lukoil”un vitse-prezidenti İNTİHAR ETDİ (FOTO)
“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.
32gun.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat paylaşıb.
Bildirilir ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.
Hələlik intiharın səbəbləri müəyyən edilməyib, hadisə yerində polis işləyir.
Məlumat üçün əlavə edək ki, Ravil Maqanov 2020-ci ildən etibarən “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.