Zelenski ilə bağlı bu xəbər gündəmi SİLKƏLƏDİ: Ukraynalıları ŞOKA salacaq (FOTOLAR)
Avropadakı rus turistlərə viza qadağası tələb edən Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı şok iddia ortaya atılıb.
32gun.az-ın xəbərinə görə, bu barədə “İl Tirreno” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna lideri avqust ayında Toskanadakı evini ruslara bir ay müddətinə kirayə verib. Belə ki, iddiaya görə, Londonda yaşayan rusiyalı cütlük villada bir ay qalmaq üçün 50 min dollar ödəyib.
İtaliya qəzeti cütlüyün sosial şəbəkədə paylaşdığı fotolarla vəziyyəti təsdiqlədiyini yazıb.
Diqqət çəkən əsas məqam isə bu hadisənin Zelenskinin Aİ liderlərini Rusiya vətəndaşlarına viza verməməyə çağırdığı bir vaxta təsadüf etməsi olub.

Ukrayna prezidenti sahilyanı Forte dey Marmi şəhərindəki dəbdəbəli evi hələ aktyor olarkən 4 milyon avroya alıb.
İtaliyanın aparıcı qəzetlərindən olan “Corriere Della Serra”ya danışan daşınmaz əmlak agenti iddianı təkzib edərək, kirayəçilərin rus olmadığını, lakin şəxsi həyatlarının gizliliyi səbəbindən başqa açıqlama verə bilməyəcəklərini bildirib. Hadisə şahidinin dediyinə görə, cütlük rusca danışıb. Qəzet kirayəçilərin böyük ehtimalla rus əsilli olduğunu, lakin onların İngiltərədə yaşadıqlarını və Britaniya vətəndaşı olduqlarını bildirib.
![]()
Zelenski ötən ay rusların Aİ ölkələrinə girişinin qadağan edilməli olduğunu söyləyərək “Ruslar fikirlərini dəyişənə qədər bir müddət öz dünyalarında yaşamalıdırlar” demişdi. Mart ayında verdiyi açıqlamada isə Ukrayna lideri İtaliya hökumətinin Rusiyanın bütün əmlaklarını, evlərini və yaxtalarını müsadirə etməli olduğunu bildirib.
Qeyd edək ki, Aİ ölkələri dünən Çexiyanın paytaxtı Praqada keçirilən qeyri-rəsmi toplantıda Rusiya ilə əvvəllər imzalanmış viza rejiminin sadələşdirilməsi sazişini dayandırmağa razılaşıblar. Zelenskinin tələb etdiyi kimi ruslara viza verilməməsi təklifi Fransa, Almaniya, Yunanıstan və Kipr Rum Administrasiyası kimi üzvlərin etirazlarına görə rədd edilib.
Digər bir iddiaya görə, Zelenskinin xaricdəki hesabında və Londondakı evlərində, eləcə də Toskanadakı villasında külli miqdarda pul var.
Nurlan Şiraliyev