DÜNYA

Avropada yeni müharibə? - Yunanıstandan gərginliyi artıracaq İDDİA

Türkiyə prezidenti Ərdoğanın Yunanıstana qarşı açıqlamalarından sonra hərəkətə keçən Afina yeni iddia ilə çıxış edib.

32gun.az Politico internet saytına istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın imzaladığı son məktubda Türkiyənin Yunanıstana qarşı aqressiv ritorikasına son qoyulmadığı təqdirdə Avropanın “yeni Ukrayna” riski ilə üzləşəcəyi iddia edilib.

Yunanıstan BMT, Aİ və NATO-ya məktublar göndərərək dünyanı Türkiyəni qınamağa çağırıb. 

Bu arada Aİ narahatlığını dilə gətirərkən, ABŞ Dövlət Departamenti "Yunanıstanın adalar üzərində suverenliyi şübhə altına alına bilməz" deyərək Afinanın iddialarını dəstəkləyib. Aldığı beynəlxalq dəstəkdən sonra Yunanıstan son şikayət məktublarında qalmaqallı açıqlamalar verməyə davam edib.

Həmçinin oxu: Yunanıstan prezidentindən Ərdoğanın sözlərinə QALMAQALLI REAKSİYA

Nurlan Şiraliyev

Oxşar Xəbərlər