DÜNYA

3 qızını tapança ilə öldürən ata DANIŞDI - xatırlamıram... (VİDEO/FOTO)

Trabzonda 3 qızını tapança ilə güllələyərək öldürən şəxsin məhkəməsi başlayıb.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qəsdən adam öldürmə” ittihamı ilə 3 dəfə ağırlaşdırılmış həbs cəzası istənən müttəhim Emre Göktaş məhkəmədəki ifadəsində psixoloji problemləri olduğunu və hadisəni xatırlamadığını iddia edərək, "Allahdan bağışlanma diləyirəm. Qətliamı necə, hansı məqsədlə etdiyimi xatırlamıram" - deyə, bildirib.

Həyat yoldaşı ilə fikir ayrılığı olduğunu deyən Göktaş, həyat yoldaşının hadisədən 1-2 ay əvvəl atasının evinə getdiyini və uşaqları ilə təmasda olduqlarını bildirib.

Təqsirləndirilən şəxsin həyat yoldaşı Sibel Göktaş ərindən şikayət etdiyini bildirərək, cəzalandırılmasını istəyib.

Xatırladaq ki, Emre Göktaş 31 avqust 2021-ci ildə qızları Yaren, Hiranur və Elif Beyza Göktaşları tapança ilə vuraraq öldürmüşdü. Daha sonra o, 2021-ci il sentyabrın 2-də saxlandığı həbsxanada biləklərini kəsərək intihara cəhd etmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər