DÜNYA
Elçilik QANLA bitdi - Silaha əl atdılar
Türkiyədə iki ailə arasında silahlı mübahisə baş verib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, hadisə elçilik zamanı yaşanıb.
İnsident nəticəsində 13 nəfər yaralanıb. Xəsarət alanlardan 3-nün həyati təhlükəsinin olduğu bildirilib.
Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.
Mübahisədə iştirak edən bəzi şübhəlilərin saxlanıldığı bildirilib.
Jalə