DÜNYA

Paşinyan sərhəddəki gərginliklə bağlı iclas keçirir - YENİLƏNİB

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhəddə baş verən gərginliklə bağlı iclas keçirir.

32gun.az bildirir ki, bu barədə “Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir.

Məlumata görə, Paşinyan bu səbəblə polis qüvvələrinin cəmləşdiyi hökumət binasına yollanıb.

Mənbələrinin məlumatına görə, polis həyəcan vəziyyətindədir.

*** 02:30

Ermənistanın baş naziri Nikol Paşinyan gecə saatlarında İrəvandakı Hökumət Evinə gəlib.

Bu iddia ilə Ermənistan mediası çıxış edib.

Məlumata görə, yaxın dəqiqələrdə ölkə hökumətinin təcili iclası gözlənilir.

Həmçinin iddia olunub ki, tezliklə Ermənistan Təhlükəsizlik Şurasının da fövqəladə iclası keçiriləcək. //oxu.az

Oxşar Xəbərlər