DÜNYA
Ermənistan müdafiə naziri Şoyqu ilə danışdı
Ermənistanın müdafiə naziri Suren Papikyanla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.
32gun.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Papikyan Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Bildirilir ki, nazirlər vəziyyətin sabitləşdirilməsi üçün lazımi addımların atılması barədə razılığa gəlib.