DÜNYA
Ermənistandan əsir düşmüş hərbçilərlə bağlı ilk ETİRAF
Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində əsir düşən erməni hərbçilərlə bağlı ilk açıqlama gəlib.
32gun.az azxeber.com-a istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Məhkəməsində erməni hərbi əsirlərin maraqlarının təmsilçisi Siranuş Saakyan "Qraparak" qəzetinə bildirib ki, erməni əsirlərin sayı 20-yə yaxın ola bilər.
O əlavə edib ki, sosial şəbəkələrə yerləşdirilən bütün videolar tədqiq olunur. Qırmızı Xaç Komitəsi də hərbçilərin yaxınlarının müraciətlərinə əsaslanaraq məlumat toplayır.