DÜNYA

Sevgilisini doğrayıb çemodanlara yığdı

Polis Nyu-Yorkdakı mənzillərin birində qadın bədəninin hissələri olan çemodanlar tapıb.

32gun.az xarici mediaya istinadla bildirir ki, hadisə Bruklin rayonunda baş verib. Qonşular mənzildən gələn xoşagəlməz qoxu ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Ümumilikdə otaqda insan bədəninin parçaları olan bir neçə çemodan tapılıb. Onların mənzilin 22 yaşlı sakininə məxsus olduğu ehtimal edilir. Qonşular bildiriblər ki, qızın tez-tez dalaşdığı sevgilisi olub. İndi polis onu dindirmək üçün axtarır.

 

 

Oxşar Xəbərlər