DÜNYA
Ərdoğandan sərt MESAJ - "... bizimlə bərabər deyil, ola da bilməz"
"Amerika və Avropanın dəstəyinin sizi xilas edəcəyini düşünürsünüz? "
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri prezident Ərdoğan Yunanıstanın Lesbos və Sisam adalarına zirehli maşın göndərməsindən sonra səsləndirib.
Ərdoğan Yunanıstanın təxribatçı addımını tənqid edərək:
"Yunanıstan hərbi, siyasi və iqtisadi baxımdan bizimlə bərabər deyil, ola da bilməz. Əlimizdə olan bütün vasitələrdən istifadə edərək özümüzü müdafiə etməkdən geri qalmayacağıq.” - deyə, bildirib.
Nurlan Şiraliyev