DÜNYA

Rus əsgərləri döyüşdən qaçmaq üçün buna əl atırlar (VİDEO)

Rus əsgərinin Xerson istiqamətindəki vəziyyətlə bağlı səs yazıları yayılıb.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının yeni telefon dinləməsi sübut edir.

Belə ki, telefon dinləməsi zamanı rus əsgərinin sevgilisi ilə danışdığı ortaya çıxıb.

Ukraynaya qarşı döyüşmək üçün heç bir motivasiya olmadığını söyləyən əsgər, ağır itkilərə görə onun bölməsində bir neçə nəfər qaldığını, onların da Xerson vilayətindəki kiçik bir kənddə ukraynalı müdafiəçilərin qarşısını aldığını bildirib. 

" İnsanın düşündüyü yeganə şey döyüş bölgəsini tərk etmək üçün mümkün qədər tez yaralanmaqdır" - deyə, o, sözlərinə davam edib.  

Bundan əlavə, əsgər düşünür ki, bir neçə gün davam etməli olan şey 8 aya yaxın uzandı və Putinin elan etdiyi səfərbərlik ruslardan “top yemi” kimi istifadə etməkdən başqa bir şeyi nəzərdə tutmur.

Oxşar Xəbərlər