DÜNYA
Baydenin daha bir qərarı Putini əsəbləşdirə bilər - Ukraynanı nüvə hücumundan qorumaq üçün...
ABŞ Ukraynanın nüvə təhlükəsizliyinə 35 milyon dollar ayırmağı planlaşdırır.
32gun.az xəbər verir ki, bi barədə CNN ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, vəsait Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyinə nəzarət edən ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyasına göndəriləcək.
Bildirilir ki, pul əlavə sensorların alınması və saxlanması, məlumatların qiymətləndirilməsi və təhlili, Ukrayna Milli Qvardiyasının atom elektrik stansiyalarında mühafizə vasitələri ilə təmin edilməsi üçün istifadə olunacaq.
Jalə