DÜNYA

Məktəb direktorundan TƏRBİYYƏSİZLİK! Atatürkün fotosunu... (VİDEO)

Məktəb direktorundan Atatürkə qarşı hörmətsizlik edilib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Nevşəhərdə baş verib. Hadisə ilə bağlı görüntüləri "İYİ" Partiya sədri sosial şəbəkə hesabında paylaşıb.

Paylaşılan görüntülərdə direktorun Atatürkün portretini, "Gəncliyə xitabə"ni və İstiqlal marşı əks olunan rəsmləri "hurdacı"ya (tullantıları toplayan şəxs) qəpik-quruş qarşılığında satdığı iddia olunur. Görüntülər sosial mediada geniş əks-səda doğurub. Məlumata görə, vətəndaşlar portretləri geri alıb.

İddiadan sonra nə məktəbdən, nə də başqa rəsmi mənbədən heç bir açıqlama verilməyib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər