SON DƏQİQƏ! Təhsil mərkəzinə intiharçı hücum: "Stolların altında meyitlər vardı"
Əfqanıstanın paytaxtı Kabilin qərbindəki KaaJ Ali Təhsil Mərkəzi institutu intiharçı hücumu olub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində onlarla ölən və yaralananlar olub.
Hadisə baş verən an məsuliyyəti üzərinə götürən heç bir dövlət qurumu olmayıb.
Ölkə mətbuatında bidirilir ki, buna səbəb ərazidə yaşayanların çoxunun etnik azlıq olan Hazaradır.
Sonradan hadisə baş verən əraziyə polis əməkdaşları cəlb olunub. Kabil polisinin sözçüsü Xalid Zadran hücumda 27 nəfərin yaralandığını bildirib. Sözcü Zadran qeyd edib ki, qurbanlar arasında orta məktəb məzunları, həm qızlar, həm də oğlanlar var:
"Onlar partlama baş verən zaman təcrübə universitetinə qəbul imtahanı verirdilər.
Mərkəz tələbələrə digər fəaliyyətlərlə yanaşı, ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaqda və təhsil almaqda kömək edir".
Zadran hücumun arxasında kimin dayandığı barədə açıqlama verməyib.
Rəsmi məlumatlara görə ölənlərin sayı arta bilər.
Xəstəxanadakı mənbə 23 nəfərin öldüyünü, Taliban mənbəsi isə 33 nəfərin öldüyünü və həlak olanlar arasında qız tələbələrin çox olduğunu bildirib.
Yerli sakin Ghulm Sadiq bildirib ki, o, evdə olub, partlayış səsi eşitdiyi üçü qonşuları ilə birlikdə köməyə tələsib:
"Mən və dostlarım partlayış yerindən 15 yaralı və 9 meyit ətrafında hərəkət edə bildik... digər cəsədlər sinif otağında stul və masaların altında uzanmışdı".
Xatırladaq ki, Hazaralar bir zamanlar Talibanın əsas rəqibi olan İslam Dövləti silahlı qruplaşmasının da hədəfində olub.
Jalə