DÜNYA

Bu ölkə Türkiyənin əsas şərtlərindən birini qəbul ETDİ (FOTO)

Xəbər verdiyimiz kimi, NATO-ya üzv olmaq üçün müraciət edən İsveç və Finlandiyaya Türkiyə tərəfindən veto qoyulmuşdu.

Hər iki ölkənin terroru dəstəklədiyini bildirən prezident Ərdoğan, onların NATO alyansına daxil olmasını qəbul edə bilməyəcəklərini açıqlamışdı. Bu addımdan sonra üç ölkənin nümayəndə heyətləri üçtərəfli memorandum imzalayıb, Türkiyənin tələblərini yerinə yetirəcəklərinə söz vermişdilər. Bu vədlər arasında terrorçuların ekstradisiyası və embarqoların ləğvi də var idi.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, vədlərdən biri olan embarqolarla bağlı İsveçdən yeni addım atılıb.

Belə ki, iki ölkənin nümayəndələri ilə barışıq danışıqları davam edərkən, İsveç Türkiyəyə qarşı de-fakto silah embarqosunu ləğv etdiyini açıqlayıb. Beləliklə, İsveç Türkiyəyə hərbi texnikanın ixracına icazə verib. İSP-nin açıqlamasında Türkiyəyə təkrar ixraca icazə verilməsi qərarının İsveçin Türkiyənin də üzvü olduğu NATO-ya müraciəti səbəbindən alındığı bildirilib. Digər bir açıqlamada isə bu qərarın elektronika və texnologiya sahələrində olan məhsullar, eləcə də hərbi silah və texnikalar üçün keçərli olduğu vurğulanıb.

Qeyd edək ki, ISP 15 oktyabr 2019-cu ildə Türkiyəyə silah satışını qadağan etmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər