DÜNYA

Türkiyə Rusiyanın bu qərarını RƏDD ETDİ

“Rusiya tərəfindən Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaq edilməsi barədə qərarını rədd edirik”.

32gun.az xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in yaydığı bəyanatda yer alıb. 

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması halı olan bu qərarın tərəfimizdən qəbul edilməsi mümkün deyil”, - deyə bəyanatda qeyd olunub. 

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr imzalanıb.

Oxşar Xəbərlər