Putinin ardınca Zelenski hərəkətə keçdi - ABŞ-dan gözlənilməz CAVAB (VİDEO)
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki Zaporojye, Donetsk, Luqansk və Xersonun ilhaqını ratifikasiya edən sazişləri imzalayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın ilhaqı Qərbdə böyük reaksiya ilə qarşılanıb. Bunun ardınca Ukrayna başda olmaqla, Avropa Birliyi (Aİ), ABŞ, Yunanıstan, İsrail, Polşa və bir çox ölkələrdən bir-birinin ardınca qınaq mesajları ünvanlanıb. Eyni zamanda bir sıra ölkələr Rusiyaya qarşı sanskiyaların gücləndirilməsinə başlayıb.
Çox keçmədən, Putinin bu addımına qarşı Ukrayna prezidenti Zelenskidən cavab mesajı gəlib. Ölkəsinin NATO-ya müraciət sənədini imzalayan Zelenski, “Biz sürətləndirilmiş NATO üzvlüyü üçün rəsmi müraciət etmişik” - deyə, bildirib.

Qeyd edək ki, Putinin 4 bölgəni ilhaq qərarına qarşı sürətləndirilmiş NATO üzvlüyü üçün müraciət edən Ukrayna ABŞ-dan gözlədiyi dəstəyi ala bilməyib. ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Sullivan qeyd edib ki, "Ukraynanın NATO-ya üzvlük müraciətinə başqa vaxt baxılmalıdır".
Digər tərəfdən, NATO da Putinin ilhaq qərarı ilə bağlı səssizliyini pozub. NATO-nun baş katibi Stoltenberq Rusiyanın Ukraynanın 4 bölgəsini ilhaq etməsinin qeyri-qanuni və qanunsuz olduğunu bəyan edib. Həmçini Ukraynanın üzvlük müraciətinə münasibət bildirən Stoltenberq "Ukraynanın öz yolunu seçmək hüququ var" deyə, sözlərinə davam edib.
Nurlan Şiraliyev