DÜNYA
Mənzildə ölən oğlan və dəli olmuş anasını tapdılar
Moskva vilayətinin Noqinsk şəhərindəki mənzillərin birində on bir yaşlı oğlanın meyiti tapılıb.
32gun.az Milli.Az-a istinadən xəbər verir ki, mk.ru saytının məlumatına görə, şagirdin qalıqları oktyabrın 1-də tapılıb. Polisin bildirdiyinə görə, meyitin vəziyyətinə əsasən oğlan bir neçə gün öncə ölüb.
Mənbənin sözlərinə görə, şagirdin anası övladının başına gələnləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına izah edə bilməyib. Qadının psixi pozğunluğu olub. Meyitin tapılması ilə polis araşdırmalara başlayıb, faciənin təfərrüatları dəqiqləşdirilir.