DÜNYA

Türkiyəni hədəfə alan baş nazir yayımlanan görüntülər qarşısında ŞOKA DÜŞDÜ (VİDEO)

Yunanıstanın baş naziri Mitsotakis CNN İnternational-da canlı yayıma qatılaraq gündəmlə bağlı sualları cavablandırıb.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, baş nazir ona ünvanlanan suallar qarşısında çətin anlar yaşayıb.

Belə ki, Mitsotakisin mühacirlərə görə Türkiyəni günahlandırdığı anlarda Yunanıstan Sahil Mühafizəsinin miqrantları sıxışdırdığı görüntülər ekrana əks olunub.

Görüntülərin davamında Yunanıstanın sıxışdırdığı miqrantlar Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər