Qəbirstanlıqdan gələn vahiməli səslər - Kənd sakinlərini qorxuya düşdü (VİDEO)
Türkiyənin Siir bölgəsində çəkildiyi iddia edilən video sosial şəbəkədə də böyük səs-küyə səbəb olub. Videoda qəbiristanlıqdan qışqırıq səsləri gəldiyi eşidilib.
32gun.az Türkiyə KİV-nə istnadən xəbər verir ki, görüntülərin sübh namazı zamanı lentə alındığı bildirilir.
Bəzi sosial şəbəkə istifadəçiləri videonun montaj olduğunu, bəziləri isə səslərin təbii olduğunu iddia edib. İstifadəçilər “əzab səslərinin qəbiristanlıqlardan zaman-zaman bu şəkildə gəldiyini” bildiriblər.
Xatırladılır ki, Siirt son aylarda yeraltından gələn səslərə görə gündəm olmuşdu. İddia edilirdi ki, Meydandərə kəndində yerin altından gələn səslər gəlir, bu da kənd sakinlərini narahat edir. Səsin partlayış səsinə bənzədiyini deyən vətəndaşlar səsin mənbəyini tapmaq üçün köməyə çağırmışdılar.
Nilay