DÜNYA

Mafiya liderini söyən şəxsin xəstəxanadan meyiti çıxdı (VİDEO)

Ümraniyə şəhərində küçənin ortasında silahlı hücuma məruz qalan Cenk Çelik müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o dəfn olunması üçün Ədliyyə Tibb Qurumundan ailəsinə təhvil verilib.  

Məlumatda qeyd edilib ki, Sentyabrın 17-si şənbə günü Ümraniyedə Cenk Çelikə yaxınlaşan şəxs ona əlindəki silahdan bir neçə dəfə atəş açıb. Başından 2 güllələnən Cenk Çelik ağır yaralı halda xəstəxanaya çatdırılıb. Hücum edən şəxs hadisə yerindən qaçıb. 

Ərazidəki müşahidə kameralarını izləyən polis əməkdaşları hadisəni törədən şəxsin 19 yaşlı Özgür B. olduğunu təsbid ediblər. O Ədirnədən xaricə qaçmaq üzrəykən saxlanılıb. 

Xatırladaq ki, Cenk Çelik  türkiyəli mafiya lideri Sedat Pekeri təhdit ettiyi videoları ilə tanınır. Hadisənin də bu səbəbdən baş verə biləcəyi iddia edilir.

Nilay

Oxşar Xəbərlər