Xəstəxanada BİABIRÇILIQ: yaşlı qadının başına oyun açdılar - "Böyrəyini çıxardacağıq" (VİDEO)
İstanbul Ataşehirdəki özəl xəstəxanada çəkilən görüntülər Türkiyəni əhalini olaraq ayağa qaldırıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2 tibb işçisi reanimasiyada olan yaşlı qadını qorxudub və üzünə pul səpib. Həmin anların videosu sosial şəbəkədə yayııb.
Hadisə ilə bağlı xəstəxanadan bildirilib ki, həmin 2 nəfərin əmək müqaviləsinə xitam verilib. Qalmaqallı görüntülərlə bağlı açıqlama verən səhiyyə naziri Fahrettin Koca araşdırma aparıldığını və məsələyə prokurorluğun qarışdığlnı deyib.
Həmçinin xəstəxana işçilərinin yaşlı qadınla dialoqu da hər kəsin qınağına səbəb olub.
Görüntülərdən də göründüyü kimi xəstəxana əməkdaşları yaşlı qadına "pulu 2 milyon dollar olaraq qoyuram. Sabah 4 milyon dollar olaraq geri alacam. Bilirsənmi bu pulları sənə niyə verirəm? Çünki, Mən sənin sağ böyrəyini alacam.Bu da sağ böyrəyinin puludur! Al, əməliyyata başlayaq" deyərək qorxudublar.
Nilay