DÜNYA

Baydenin siyasəti fiaskoya uğradı - Dünya bundan danışır

Dünyanın ən böyük neft ixracatçılarının yaratdığı OPEC təşkilatı ABŞ-ın etirazlarına baxmayaraq, neft hasilatını azaltmaq qərarına gəlib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden iyul ayında Səudiyyə Ərəbistanında şahzadə Salmanla hasilatı artırmaq və qiymətləri endirmək üçün görüş keçirib. Baş tutan görüş nəticə vermədiyi üçün yerli mətbuat Baydenin siyasətinin uğursuz olduğunu şərh edib.

OPEC-in şok qərarından sonra ABŞ Konqresindəki demokratlar Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini “ABŞ-ın əleyhinə fəal işləməkdə” ittiham ediblər. Həmçinin Amerika qoşunlarının bu ölkələrdən çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim ediblər.

Qeyd edək ki, Bayden Səudiyyə Ərəbistanına səfərinin əsas məqsədinin “neft deyil, Yaxın Şərq və İsrailin mövqelərini aydınlaşdırmaq” olduğunu bildirmişdi.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər