DÜNYA
Putin səfərbərliklə bağlı qanun imzaladı - Xüsusi hərbi əməliyyat...
Rusiya prezidenti Vladimir Putin səfərbər olunanlarla bağlı qanun imzalayıb.
32gun.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni qanunda səfərbər edilmiş xüsusi hərbi əməliyyat (SVO) iştirakçılarına, habelə onların ailə üzvlərinə ipoteka və istehlak kreditləri və tətil krediti verilməsi nəzərdə tutulub.
Qanun borcalanlara güzəşt müddətinin verilməsi qaydasını müəyyən edir. Bu müddət ərzində onlar hərbi xidmət müddətindən artıq olmayan istənilən müddətə öhdəliklərin icrasını dayandıra bilərlər. Eyni zamanda borcalan güzəşt müddətində ödənişlərin məbləğini də azalda bilər.
Nurlan Şiraliyev