DÜNYA

Arvadını övladının gözü qarşısında GÜLLƏLƏDİ - Polisə zəng edib... (FOTO)

Dini nikahda olduğu həyat yoldaşını daun sindromlu uşağının gözü qarşısında tapança ilə vuraraq öldürən şəxsə ömürlük həbs cəzası istənilib.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şanlıurfada baş verib.

Belə ki, həyat yoldaşı ilə tez-tez mübahisə edən kişi, onu güllələdikdən sonra polisə zəng edərək, "arvadımı öldürdüm" deyə məlumat verib. Bundan sonra o, həyat yoldaşının sağ olduğunu görüb, yenidən atəş açaraq onu öldürüb.

Məhkəməyə çıxarılan şəxs affekt vəziyyətində olduğunu bildirərək, özünü müdafiə edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər