Putini dəli edəcək AÇIQLAMA - “Hər kəsə ad günündə belə bahalı hədiyyə verilmir” (VİDEO)
Səhər saatlarında Krımı Rusiya ərazisi ilə birləşdirən və Kerç boğazında yerləşən Krım körpüsündə güclü partlayış olub.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Şurasının sədri Danilov Krımı Rusiya ilə birləşdirən körpünün partladılması ilə bağlı verdiyi açıqlamada, Rusiya prezidenti Putinin dünən qeyd olunan doğum gününə işarə edərək, “Hər kəsə ad günündə belə bahalı hədiyyə verilmir” deyərək, sözlərinə davam edib. Danilov körpünün yandığı anları təbrik mahnısı ilə yan-yana qoyaraq paylaşıb.
Digər tərəfdən, Ukrayna Təhlükəsizlik Xidməti (SSU) sosial media hesabında körpünün uçmuş fotosunu paylaşaraq, "Sübh açılır, körpü gözəl yanır" ifadələrini işlədib.

Həmçinin, Ukrayna prezidentinin müşaviri Mixail Podolyak öz Tvitter hesabında “Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiya tərəfindən işğal olunmuş hər şey deportasiya edilməlidir” açıqlamasını verib.
Nurlan Şiraliyev
