DÜNYA

Rus kəşfiyyatından Bayraktara qarşı təxribat - Son anda Ukrayna görün necə ifşa etdi (VİDEO)

Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsi “Baykar Technology” şirkətinin baş direktoru Haluk Bayraktara qarşı təxribatın qarşısını alıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rusiya kəşfiyyatı FSB Deepfake texnologiyasından istifadə edərək Ukraynanın baş naziri Denis Şmıqal qiyafəsində Haluk Bayraktarla görüşmək istəyib. Hadisə anı anbaan görüntülənib.

Rus kəşfiyyatı bu üsulla Haluk Bayraktarla görüşməyə çalışıb. Vəziyyəti anlayan Ukrayna kəşfiyyatı görüşə Bayraktarın katibi kimi qatılıb. 

Rusiya kəşfiyyatının saxta üsulla Türkiyə-Ukrayna münasibətlərini pozmağa çalışdığı iddia edilib.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər