DÜNYA

Kadırov Zelenskini təhdid ETDİ - "Daha güclü raketlər..."

Çeçenistan lideri Ramzan Kadırov Ukrayna prezidenti Zelenskini hədələyib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın bu səhər Kiyev də daxil olmaqla bir çox şəhərə raketlərlə hücumunun Krım körpüsünün qisası olduğunu vurğulayan Kadırov sərt açıqlamalarla çıxış edib.

"Bundan daha güclü raketlər gəlməmiş, arxana baxmadan qaç" - deyə, o, Zelenskiyə səslənib.

Həmçinin, daha əvvəl Zelenskiyə xəbərdarlıq etdiklərini qeyd edən Kadırov, “Sizi xəbərdar etmişdik ki, Rusiya hələ müharibəyə tam başlamamışdır, zəif adamlar kimi şikayət etməyi dayandırın” deyə, bildirib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər