DÜNYA

Piyada körpüsü aşdı - Xeyli sayda ölü var (FOTO)

Serbiyanın Çaçak şəhərində Zapadna-Morava çayı üzərindən keçən piyada körpüsünün aşması nəticəsində iki nəfər həlak olub.

32gun.az xəbər verir ki, daha 11 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hadisə 20 nəfərdən ibarət qrupun 50 metr uzunluğundakı körpünü keçərkən baş verib. Körpünün aşması nəticəsində insanlar yüksək hündürlükdən çaya düşüb. Yekunda iki nəfəri xilas etmək mümkün olmayıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Oxşar Xəbərlər