DÜNYA
Lukaşenko hərəkətə keçdi - belaruslar ölkəni tərk edir
Lukaşenko Belarusda gizli səfərbərlik başladıb.
32gun.az xəbər verir ki, bu barədə Belarusun “Naşa Niva” nəşri yazır.
Onların sözlərinə görə, Belarus prezidenti “hərbi hazırlıq yoxlaması” adı altında gizli səfərbərlik həyata keçirmək qərarına gəlib. Daha əvvəl Belarusun xarici işlər naziri Vladimir Makey bildirib ki, qonşu ölkələrdən gələn təhdidlər səbəbindən ölkə “antiterror əməliyyatı” rejimi tətbiq edir.
Qeyd edək ki, sentyabrın sonunda belaruslar mümkün səfərbərlik elanı fonunda kütləvi şəkildə ölkəni tərk etməyə başlayıblar.
Jalə