DÜNYA
Yunanıstan daha bir TƏXRİBATA əl atdı - Baş Qərargah rəisini bu adaya göndərərək... (FOTO)
Yunanıstan Türkiyəyə qarşı daha bir təxribata əl atıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın Baş Qərargah rəisi Konstantinos Floros qeyri-hərbi statusda olan Saqqız adasına səfər edib.
Səfər zamanı Floros adada yerləşdirilən qeyri-qanuni hərbi hissələrə baxış keçirib.
Xatırladaq ki, bu yaxınlarda Türkiyə SQ-nin PUA-ları Yunanıstana məxsus iki desant gəmisi tərəfindən Lesbos və Samos bölgələrinə qeyri-qanuni zirehli texnika göndərilməsini ortaya çıxarmışdı.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında ikitərəfli görüşlər çərçivəsində Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.
Nurlan Şiraliyev