DÜNYA
Rusiya bu şəxslərin ölkəyə girişini qadağan etdi
Rusiya Monteneqronun xarici işlər naziri Ranko Krivokapiç, müdafiə naziri Raşko Koneviç və Milli Təhlükəsizlik Agentliyinin sabiq direktoru Savo Kentera ilə bağlı qərar verib.
Belə ki, onların ölkəyə daxil olmasını qadağan edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bu gün Monteneqro səfirliyinə ünvanlanmış notasında deyilir.
Qeyd olunur ki, bu addım Monteneqronun sentyabrın sonunda 6 rusiyalı diplomatın arzuolunmaz şəxs elan olunması qərarına cavab olaraq atılıb.
Həmin qərardan sonra Monteneqronun Rusiyadakı səfirliyinin konsulluq şöbəsi də işini dayandırmışdı.