Putindən Ukraynadakı müharibə və liderlərlə bağlı mühüm açıqlamalar
Rusiya prezidenti Vladimir Putin Astana Sammitindən sonra mühüm açıqlamalar verib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 8 aydır davam edən münaqişələrə də toxunan Putin gərginliyi azaldacaq sözlər deyib.
"Məqsədimiz Ukraynanı məhv etmək deyil. Hazırda Ukraynaya qarşı böyük hücumlara ehtiyac yoxdur".
Rusiya lideri səfərbərlik məsələsinə də toxunub:
"Yalnız müqaviləli əsgərlərlə cəbhə xəttini tutmağımız mümkün deyildi, ona görə də səfərbərlik elan etdik. Yeni bir qismən səfərbərlik planını nəzərdən keçirmirik. Qismən səfərbərlik çərçivəsində orduya cəlbetmə 2 həftə ərzində tamamlanacaq".
Putin açıqlamalarına davam edərək: "Prezident Ərdoğana Ukrayna məsələsində vasitəçiliyinə və məhbus mübadiləsində oynadığı rola görə minnətdaram" - ifadələrini söyləyib.
Putin həmçinin ABŞ prezidenti Baydenlə görüşməsi üçün heç bir səbəb olmadığını vurğulayaraq, G-20 Sammitinə qatılıb-qatılmayacağına qərar vermədiyini bildirib.
Xatırladaq ki, Bayden də əvvəlki günlərdə Putinlə görüşməyəcəyini açıqlamışdı.
Nurlan Şiraliyev