İDMAN

“Mançester Yunayted”in hücumçusu həbs edildi - FOTO

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Meyson Qrinvud həbs edilib.

32gun.az xəbər verir ki, futbolçu zorlamada şübhəli bilinir. O, həmçinin girov qarşılığı azadlığa buraxılma qaydalarını pozmaqda da ittiham olunur.

Futbolçunun öz qurbanı ilə görüşdüyündən şübhə edilir ki, bu da Britaniya qanunları ilə qadağan edilib.

Mançester polisi Qrinvudu malikanəsində həbs edib və futbolçu dindirilmə prosesindədir.

Oxşar Xəbərlər