DÜNYA
Putin müharibənin kritik dövründə cəbhəyə yollandı - snayperlə atəş açdı (VİDEO/FOTO)
Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik çərçivəsində toplanılan əsgərlərin təliminə nəzarət edib.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki hazırki vəziyyətlə əlaqədar Putinlə yanaşı, Rusiyanın müdafiə naziri Sergey Şoyquda Qərb Hərbi Dairəsinin Ryazan hərbi poliqonuna baş çəkib.
Komandirlərlə birlikdə snayperçilərin təlim gördüyü nöqtəyə irəliləyən Putin Sovet İttifaqı istehsalı olan Kanas (Draqunov) yarımavtomat uzaqmənzilli snayper tüfəngi ilə atəş açıb.
Digər tərəfdən, Putin ötən həftə, bu günə qədər 222 min ehtiyat əsgərin orduya cəlb edildiyini və prosesin 2 həftə ərzində tamamlanacağını bildirib.
Nurlan Şiraliyev