Cəbrayılda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrım ilə bağlı YENİ XƏBƏR -YENİLƏNİB
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.
32gun.az xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar. //Unikal
***13:57
"AK Parti sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb".
32gun.az xəbər verir ki,bunu Türkiyə səfiri Cahit Baxçı tviterdə yazıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:
"Cənab Prezident İlham Əliyev cənab Binəli Yıldırım, Şamil Ayrım və mühafizəçi Oğuzhan qardaşımıza klinikada baş çəkib. Diqqətinə görə cənab Prezidentə çox təşəkkür edirəm. Var olsun”. //Unikal
***14:24
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
32gun.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı məlumat verib.
Səfir Prezident İlham Əliyevə təşəkkür edib: “Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”.