SİYASƏT
İlham Əliyev Bağdad Amreyevlə bağlı SƏRƏNCAM imzaladı (FOTO)
Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib.
32gun.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
*** 15:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edib.
32gun.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.