DÜNYA

Rektor özünü güllələdi - FOTO

Kiyevdə Boris Qrinçenko adına Kiyev Universitetinin rektoru Viktor Oqnevyuk özünü güllələyib.

32gun.az Lent.az-a istinadən xəbər verir ki, intihar istintaqın versiyalarından biridir, çünki rektor güllə yarası ilə tapılıb. Onu xilas etməyə çalışsalar da, uğursuz olub.

"Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib... Biz əsas versiyalardan birini nəzərdən keçirərik - bu, intihardır. Ən azı hadisənin bütün halları bundan danışır", - polisdən jurnalistlərə bildirilib.

Həmin şəxsin 63 yaşında olduğu və genişmiqyaslı müharibənin başlaması ilə ərazi müdafiəsi sıralarına qoşulduğu qeyd edilir.

Rektorun ov tüfəngi ilə özünü sinəsindən vurduğu bildirilir.

Oxşar Xəbərlər