DÜNYA

Rus ordusunda nələr baş verir - cinsi əlaqə, məhbuslar, əsgərlərin qollarındakı qolbaqlar...

Rusiya və Ukrayna arasında müharibənin uzanması hər iki ölkənin hərbi ehtiyaclarını artırmaqda davam edir.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin səfərbərlik elanı istənilən nəticəni vermədiyi üçün Rusiya tərəfi xəstəxana və həbsxana məhbuslarını orduya göndərməyə başlayıb.

Son vaxtlar orduda gizli cinsi əlaqə hallarının artmasından sonra komandirlər tərəfindən yeni üsula əl atılıb.

Belə ki, Vladimir Putinin “xüsusi ordusu” olaraq təyin olunan “Vaqner Qrupuna” qoşulanlar arasında HİV-ə yoluxmuş əsgərlərə qırmızı, hepatitli əsgərlərə isə ağ qolbaq taxmağa başlanılıb.

Yeni metodun tətbiqindən sonra bununla bağlı əsgərlərə də məlumat verilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər