DÜNYA
Erməni əsgərləri arasında silahlı insident: ölən var
Ermənistanda ehtiyatda olan əsgərlər arasında silahlı insident olub, bir nəfər hərbçi ölüb.
32gun.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İlkin məlumatlara görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində olan ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatda olan Misak Petrosyanla mübahisə edib.
Mübahisə zəminində o, hərbçi yoldaşına pulemyotdan atəş açaraq, başına xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb.