HADİSƏ

16 yaşlı qız ərə verildi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qız ərə verilib.

32gun.az xəbər verir ki, məsələ ilə bağlı Sabirabad rayon Qarağac kəndinin icra nümayəndəsi Zaur Dəmirov "Unikal"a açıqlama verib:

"Biz həmin ailədə olduq. Ərə verilən qız 2005-ci il təvəllüdlüdür. Onun 17 yaşı tamam olub. Ailəsinin razılığı ilə ailə həyatı qurmasına icazə verilib. Oktyabr ayının 13-də bizim kənddə qız toyu olub. Oğlan toyu isə Şirvan şəhərində baş tutub", - deyə o bildirib.

***14:48

Sabirabad rayonunda erkən nikah faktı aşkarlanıb.

32gun.az xəbər verir ki, Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı Məmmədova Aysel Hüseynağa qızı Zal Qarağac kənd sakini Cavadov Allahverdi Əvəzağa oğluna ərə verilib.

Toy şənliyi oktyabrın 22-də Şirvan şəhərindəki şadlıq sarayında baş tutub. /APA

Oxşar Xəbərlər