DÜNYA

Putinin bu qərarı dünya ölkələrini ayağa qaldırdı - Məsələyə Ərdoğan və Zelenski qarışdı

“Rusiya eyni imkanların özünə verilmədiyi üçün bu məsələdə tərəddüd etsə də, bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik".

Bu fikirlər Türkiyə prezidenti R.T.Ərdoğana məxsusdur. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın reaksiyasından sonra Rusiya tərəfi daha bir mübahisəli qərar qəbul edib.

Belə ki, nazirlikdən verilən açıqlamada ilhaq edilmiş Krımın Sevastopol şəhərində Rusiya hərbi və mülki gəmilərinə edilən hücumlar səbəbindən taxıl dəhlizində gəmilərin keçidinin dayandırıldığı bildirilib.

Açıqlamada Ukraynanın taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyi əsaslandırılıb. Hadisələr bu cür davam etdiyi müddətcə taxıl dəhlizində hər hansı obyektin təhlükəsizliyinə təminat verilməsinin mümkün olmadığı vurğulanaraq Rusiyanın Qara Dəniz Təşəbbüsündən çəkilmədiyi, razılaşmanın dayandırıldığı bildirilib.

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadan taxıl axınına icazə verən sazişi dayandırmasını pisləyib və taxıl dəhlizi sazişinin dərhal icrasını tələb edib.

Ukrayna prezidenti Vladimir Zelenski isə Rusiyanın Ukraynadan taxıl istehsalını təmin edən razılaşmanı dayandırmaq qərarına toxunaraq, "Rusiya sentyabr ayında qəsdən ərzaq böhranını ağırlaşdırmağa başladı" - deyə, reaksiya verib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər