DÜNYA

Zelenskinin bu istəyi Baydeni qəzəbləndirdi

ABŞ prezidenti Co Baydenlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı zamanı gərginlik yaşanıldığı iddia edilib.

32gun.az bildirir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, Zelenskinin ehtiyac duyulan və çatdırılmamış yardımları sadalaması Baydeni qəzəbləndirib.

Həmçinin, yaşanan gərginliyin ardınca Zelenskinin ABŞ-ı və Baydeni tərifləyən paylaşım etdiyi bəlli olub.

Qeyd edək ki, onlar arasındakı telefon danışığı ötən ilin iyununda baş tutub. Mediada yer alan digər xəbərlərə görə, bu danışıqdan sonra Zelenski ilə Bayden arasındakı münasibətlər yaxşılaşmağa başlayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər