DÜNYA
PKK-nın liderlərindən biri MƏHV EDİLDİ
Türkiyənin milli kəşfiyyat təşkilatı fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (PKK) liderlərindən biri Ersin Şahini məhv edib.
32gun.az Türkiyə mediasına istinadla bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayılıb.
Mənbə bildirib ki, terror təşkilatı PKK-nın Suriya qanadı - YPG-nin “Sərdem Pir-Sərhat Harun” çağırış nişanlı liderlərindən biri, təxribat fəaliyyəti ilə məşğul olan və hücumlar təşkil edən Ersin Şahin məhv edilib.