DÜNYA
Ailələr arasındakı mübahisə QANLA BİTDİ - ata yaralandı, oğlu öldü (VİDEO)
İki ailə arasında yaranan mübahisə ölümlə nəticələnib.
32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb olaraq ailələr arasında torpaq iddiasının olması göstərilib.
Belə ki, ailələrdən birinin digərinə pusqu qurması nəticəsində, ata və oğlun idarə etdiyi avtomobil qəzaya uğrayıb. Bunun ardınca qəza edən avtomobilə silahlı hücum edilib.
Qəza zamanı ata ağır yaralanıb, oğlu isə hadisə yerində həyatını itirib.
Hadisəni görən şəxslər dərhal polisə və tibbi yardım qruplarına məlumat verib.
Yaralı şəxs xəstəxanaya çatdırılıb.
Nurlan Şiraliyev