İDMAN
Ronaldo xəyalına qovuşur - Bu klub üçün məvacibindən imtina etdi
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliyanın “Lissabon” klubu ilə müqaviləsini razılaşdırıb.
32gun.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. İddia edilir ki, Ronaldonun Portuqaliyanın ən bahalı evini alması da bununla əlaqədardır. Məlumata görə, “Lissabon”da karyerasına başlayan Ronaldo, bu kluba dönmək üçün məvacibindən güzəştlər edib. Qeyd edək ki, Ronaldo Portuqaliyanın ən bahalı evini alıb. Futbolçu həmin malikanəyə 18 milyon funt sterlinq xərcləyib. Ev bir neçə aya hazır olacaq.
Bundan əvvəl, “Lissabon” rəhbərliyi Ronaldonu transfer etməyi xəyal etdiklərini, lakin onun məvacibinin çox olmasının klub üçün problem olduğunu açıqlamışdı. //metbuat.az