DÜNYA

İşdən çıxarılan polisin meyiti otel otağında tapıldı (FOTO)

Türkiyədə itkin düşən 45 yaşlı kişi otel otağında ölü tapılıb.

32gun.az yerli mediaya istinadən xəbər verir ki, hadisə yerinə gedən polis qrupları otağa girərkən İzzet Gökhanın cansız bədəni ilə qarşılaşıblar.

Psixoloji problemləri olduğu bildirilən kişinin qaldığı oteldə odekolon içərək koma vəziyyətində ölməsi ehtimalı diqqət mərkəzindədir.

Digər tərəfdən, İzzet Gökhanın 10 il əvvəl barəsində açılan inzibati araşdırmalara görə polisdən uzaqlaşdırıldığı öyrənilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər